Biznesinizi bizimlə birlikdə inkişaf etdirin.

Ticarət, Təchizat və Tədarük, Konsaltınq və Layihələrin İdarəedilməsi

Haqqımızda

Deepdive şirkəti ticarət, təchizat və tədarük, habelə layihələrin idarəedilməsi və konsaltinq xidmətləri ilə təşkilatınız üçün əlavə dəyər yaratmaq məqsədilə ərsəyə gəlmişdir. Biz ehtiyaclarınızı düzgün şəkildə müəyyən etməklə mal-material, müvafiq sektor üzrə ləvazımat və xidmətlərin satınalması və biznesin hazır şəkildə başlanılması işini peşakarlıqla görürük.

Bu işin nəticəsində şirkətiniz əlavə qazanc, işinizdə əməliyyat mükəmməliyinə doğru addımlar atacaq və qənaet etmə imkanlarını əldə edəcək. Deepdive komandasını fərqləndirən cəhətlər işimizdə dürüstlük, şəffaflıq və peşakarlıqdır. Sözdə deyil, əməldə. Komandamız ehtiyaclarınızı təhlil edərək ən uyğun və qənaətçil çıxış yolunu göstərəcək və sizinlə bərabər icra edəcəkdir.

Beləliklə, şirkətimizin iki əsas istiqaməti mövcuddur

Ticarət, Təchizat və Tədarük
Konsaltınq və Layihələrin İdarəedilməsi

image

Deepdive Ticarət

Deepdive komandasının Azərbaycana idxal edilən məhsulların sırasında çeşidli avadanlıqlar, aksesuarlar və digər materiallar yer alır. İşçi heyətimiz sənaye və kənd təsərrüfat sektorlarında onlarla məhsul Azərbaycana gətirərək satışını təşkil etmişdir.

Təchizat və satınalma üzrə menecerlərimiz və biznes əməliyyatlar üzrə konsultantlarımız sizin axtardığınız və ya ona uyğun alternativ məhsulu və xidməti müəyyən edərək ehtiyaclarınıza əsaslanan bir çıxış yolu göstərəcək.

Sektorlar

Sənaye
Kənd təsərrüfatı
FMCG (tez istehlak edilən gündəlik tələbat malları)
Tibb istehlak materialları
Digər
Brendlər

Satışlarımıza aid olan bəzi brendlər

EWI qaynaq avadanlığı (Almaniya)
İGEBA və Cifarelli sprey texnikası (Almaniya/Italiya)
Çiləyiçilər - White Fog (Türkiyə)
Arıcılıq üzrə premium brend - Benka (Türkiyə)
Heyvanların eyniləşdirmə və identifikasiya sistemləri - Ardes SA (Fransa)
İriqabaritli texnika üçün nəqliyyat vasitələrin yol nişanları - UTAL (Polşa)

Deepdive Konsaltınq

Deepdive kiçik və orta biznesin çağırışlarını anlayan, problemlərini müəyyən edən və həll yolları təklif və icra edən şirkətdir. Komandamız şirkət məhsuldarlığının və mənfəətinin artırılmasında ixtisaslaşmışdır. İstənilən biznesin əsas problemi əksər hallarda məhz onun yanlış idarə edilməsindən qaynaqlanır. Komandamız şirkətinizi ətraflı şəkildə təhlil edərək çıxış yolları təklif edəcək. İşimizin növbəti mərhələsi isə sizin işçi heyətiniz ilə bərabər qeyd olunan tövsiyyələri uğurla icra etməkdir. Proses zamanı əməkdaşlarınız bilik və bacarıqları mənimsəməklə biznesinizi irəli aparmağa nail olacaq.

Konsaltınq və layihələrin idarəedilməsi üzrə uğur hekayələrimiz

Ardes Group - Fransız şirkəti olan Ardes Group üçün Deepdive ətraflı bazar araşdırması həyata keçirmişdir. Bununla yanaşı komandamız kənd təsərrüfatı sahəsində tətbiq olunan qabaqcıl fransız identifikasiya alətlərinin satışı və marketinqi ilə məşğul olmuşdur.

Bon Appetit - Şirniyyat mağaza şəbəkəsi üçün komandamız bir neçə sahədə xidmət göstərib.

Mağazaların konsepti və dizayn işləri
İnşaat xidmətləri
Satınalma və təchizat prosesi
Mağazaların təqdimatı və əlaqəli xidmətlərin təşkil olunması

Highlight Events - Şirkəti üçün komandamız satışların artması üzrə təlimlər keçərək şirkətin mənfəətini, ümumi idarəetmə potensialını və bazarda nüfuzunu gücləndirmişdir.

image

Xidmətlərimiz

İdarəetmə strategiyası
Marketing konsaltinq
Peşəkar standartların tətbiqi
Satış komandası ilə çalışmalar
Təlimlər və tədbirlərin keçirilməsi
Audit və maliyyə vəziyyətin yaxşılaşdırılması üzrə tövsiyyələr.
Xarici brendlərin Azərbaycanda nümayəndəliyi ilə bağlı xidmətlər.
Avadanlıqların, malların, logistika xidmətlərinin satın alınması.
İR konsaltinq
İT konsaltinq
Tikinti və təmir xidməti
Niyə Biz?

Bizi fərqləndirən cəhətlər

Dürüstlük və müştəri yönümlü yanaşma
Çeviklik və peşakarlıq
İnvestisiya qoyuluşu əsasında partnyorluq imkanı

İş Prosesimiz

Deepdive şirkəti ticarət, təchizat və tədarük, habelə layihələrin idarəedilməsi və konsaltinq xidmətləri ilə təşkilatınız üçün əlavə dəyər yaratmaq məqsədilə ərsəyə gəlmişdir. Biz ehtiyaclarınızı düzgün şəkildə müəyyən etməklə mal-material, müvafiq sektor üzrə ləvazımat və xidmətlərin satınalması və biznesin hazır şəkildə başlanılması işini peşakarlıqla görürük.

Bu işin nəticəsində şirkətiniz əlavə qazanc, işinizdə əməliyyat mükəmməliyinə doğru addımlar atacaq və qənaet etmə imkanlarını əldə edəcək. Deepdive komandasını fərqləndirən cəhətlər işimizdə dürüstlük, şəffaflıq və peşakarlıqdır. Sözdə deyil, əməldə. Komandamız ehtiyaclarınızı təhlil edərək ən uyğun və qənaətçil çıxış yolunu göstərəcək və sizinlə bərabər icra edəcəkdir.

Beləliklə, şirkətimizin iki əsas istiqaməti mövcuddur

Ticarət, Təchizat və Tədarük
Konsaltınq və Layihələrin İdarəedilməsi

Diaqnostika

Bütün istiqamətlər üzrə (idarəetmə, maliyyə, kargüzarlıq, İR və digər) təhlilin aparılması.

Təşəbbüslər

Təhlilin nəticəsində əsas tövsiyyələr və təşəbbüslər hesabat formatında müştəriyə təqdim olunur.

İcra və monitorinq

Tövsiyyə etdiyimiz təşəbbüslərin icra edilməsi və monitorinq üzrə dəstəyin göstərilməsi

Nəticələr

Nəticələrin toplanılması və gələcək proqnozların hazırlanması.

Partnyorlar