Deepdive Təchizat Həlləri – Neft və Qaz Bölməsi
Deepdive Azərbaycanda neft və qaz, neft-kimya, enerji və sənaye sektorları üçün etibarlı satınalma tərəfdaşı kimi fəaliyyət göstərir. Biz beynəlxalq istehsalçıları yerli operatorlarla birləşdirərək yüksək keyfiyyətli, normativlərə uyğun və qənaətcil təchizat həlləri təqdim edirik. Şəffaf proseslər, etibarlı təchizat zənciri və sürətli icra əsas üstünlüklərimizdir.
Neft və Qaz üzrə Satınalma Xidmətlərimiz
1. Strateji Satınalma və Təchizat
Upstream, midstream və downstream əməliyyatlar üçün avadanlıq, ehtiyat hissələri və materialların satınalması
Qlobal vendor axtarışı, kvalifikasiya və qiymət müqayisəsi (benchmarking)
Kritik və çətin tapılan komponentlər üçün sürətli təchizat
2. Texniki Avadanlıqların Təchizatı
Fırlanan avadanlıqlar (nasoslar, kompressorlar, turbinlər)
Statik avadanlıqlar (təzyiq qabları, istilik dəyişdiriciləri, klapanlar)
Elektrik və Ölçmə-Avtomatika (E&I) avadanlıqları və idarəetmə sistemləri
Axın ölçmə, IC/ölçmə avadanlıqları, SCADA və avtomatika komponentləri
3. Texniki Baxım və Etibarlılıq Dəstəyi
OEM ehtiyat hissələri və istehlak materiallarının təchizatı
Planlı dayanma, turnaround və texniki baxım kampaniyalarına dəstək
Aktivlərin bütövlüyü və etibarlılığı üçün uzunmüddətli satınalma proqramları
4. Layihəəsaslı Satınalma
EPC, brownfield və greenfield layihələri üçün satınalma dəstəyi
Tender sənədlərinin hazırlanması, təkliflərin qiymətləndirilməsi və vendor idarəçiliyi
Gömrük, anbarlama və sahəyə çatdırılma daxil olmaqla logistikanın koordinasiyası
5. Uyğunluq və Sənədləşmə
Tam uyğunluqlu sənədlər paketi (CoC, CoO, test sertifikatları, datasheetlər)
HSE/SATƏM və beynəlxalq standartlara (API, ISO, ASME) uyğunluq
Bütün satınalma fəaliyyətləri üzrə şəffaf hesabatlılıq və tam audit izi
Deepdive komandasının Azərbaycana idxal edilən məhsulların sırasında çeşidli avadanlıqlar, aksesuarlar və digər materiallar yer alır. İşçi heyətimiz sənaye və kənd təsərrüfat sektorlarında onlarla məhsul Azərbaycana gətirərək satışını təşkil etmişdir.
Təchizat və satınalma üzrə menecerlərimiz və biznes əməliyyatlar üzrə konsultantlarımız sizin axtardığınız və ya ona uyğun alternativ məhsulu və xidməti müəyyən edərək ehtiyaclarınıza əsaslanan bir çıxış yolu göstərəcək.
Sektorlar
Deepdive kiçik və orta biznesin çağırışlarını anlayan, problemlərini müəyyən edən və həll yolları təklif və icra edən şirkətdir. Komandamız şirkət məhsuldarlığının və mənfəətinin artırılmasında ixtisaslaşmışdır. İstənilən biznesin əsas problemi əksər hallarda məhz onun yanlış idarə edilməsindən qaynaqlanır. Komandamız şirkətinizi ətraflı şəkildə təhlil edərək çıxış yolları təklif edəcək. İşimizin növbəti mərhələsi isə sizin işçi heyətiniz ilə bərabər qeyd olunan tövsiyyələri uğurla icra etməkdir. Proses zamanı əməkdaşlarınız bilik və bacarıqları mənimsəməklə biznesinizi irəli aparmağa nail olacaq.
Konsaltınq və layihələrin idarəedilməsi üzrə uğur hekayələrimiz
Ardes Group - Fransız şirkəti olan Ardes Group üçün Deepdive ətraflı bazar araşdırması həyata keçirmişdir. Bununla yanaşı komandamız kənd təsərrüfatı sahəsində tətbiq olunan qabaqcıl fransız identifikasiya alətlərinin satışı və marketinqi ilə məşğul olmuşdur.
Bon Appetit - Şirniyyat mağaza şəbəkəsi üçün komandamız bir neçə sahədə xidmət göstərib.
Mağazaların konsepti və dizayn işləri
İnşaat xidmətləri
Satınalma və təchizat prosesi
Mağazaların təqdimatı və əlaqəli xidmətlərin təşkil olunması
Highlight Events - Şirkəti üçün komandamız satışların artması üzrə təlimlər keçərək şirkətin mənfəətini, ümumi idarəetmə potensialını və bazarda nüfuzunu gücləndirmişdir.
Deepdive şirkəti ticarət, təchizat və tədarük, habelə layihələrin idarəedilməsi və konsaltinq xidmətləri ilə təşkilatınız üçün əlavə dəyər yaratmaq məqsədilə ərsəyə gəlmişdir. Biz ehtiyaclarınızı düzgün şəkildə müəyyən etməklə mal-material, müvafiq sektor üzrə ləvazımat və xidmətlərin satınalması və biznesin hazır şəkildə başlanılması işini peşakarlıqla görürük.
Bu işin nəticəsində şirkətiniz əlavə qazanc, işinizdə əməliyyat mükəmməliyinə doğru addımlar atacaq və qənaet etmə imkanlarını əldə edəcək. Deepdive komandasını fərqləndirən cəhətlər işimizdə dürüstlük, şəffaflıq və peşakarlıqdır. Sözdə deyil, əməldə. Komandamız ehtiyaclarınızı təhlil edərək ən uyğun və qənaətçil çıxış yolunu göstərəcək və sizinlə bərabər icra edəcəkdir.
Beləliklə, şirkətimizin iki əsas istiqaməti mövcuddur
Ticarət, Təchizat və Tədarük
Konsaltınq və Layihələrin İdarəedilməsi
Bütün istiqamətlər üzrə (idarəetmə, maliyyə, kargüzarlıq, İR və digər) təhlilin aparılması.
Təhlilin nəticəsində əsas tövsiyyələr və təşəbbüslər hesabat formatında müştəriyə təqdim olunur.
Tövsiyyə etdiyimiz təşəbbüslərin icra edilməsi və monitorinq üzrə dəstəyin göstərilməsi
Nəticələrin toplanılması və gələcək proqnozların hazırlanması.